Grow Group Azerbaijan - Keyfiyyətin təmsilçisi

Fəaliyyətimiz

Bakı İstixana Kompleksi

2011-ci ildən “Grow Group Azerbaijan” şirkətinin nəzdində fəaliyyət göstərən bu kombinat intensiv texnologiyalarla tam təkmilləşdirilmişdir. Burada yetişdirilən hər bir məhsulun istehsalçıdan istehlakçıya çatdırılması prosesi gigiyenik şəraitdə, daim yenilənən avtomatik sistem və təbii bioloji mübarizə üsulları ilə həyata keçirilir. Məqsədimiz mövsümdən asılı olmayaraq heç bir kimyəvi maddədən istifadə edilmədən yetişdirilən ləziz tərəvəzləri ən təbii halı ilə sizə təqdim etməkdir.